BSU-nun iki fakültəsinə dekanlar seçilib

Bakı Slavyan Universitetinin (BSU) iki fakültəsinə dekanlar seçilib.

“Report” xəbər verir ki, universitetin Tərcümə və Xarici dil müəllimliyi fakültələrinə dekan vəzifəsinə seçki keçirilib.

Hacıyev Kamran Əliverdi oğlu

Seçki nəticəsində filologiya elmləri namizədi, dosent Hacıyev Kamran Əliverdi oğlu Tərcümə fakültəsinə, filologiya üzrə fəlsəfə doktoru, dosent Məhərrəmova-Ağayeva Güney Asif qızı isə Xarici dil müəllimliyi fakültəsinə dekan seçilib.

Məhərrəmova-Ağayeva Güney Asif qızı

ƏvvəlkiAYNA “İcazə” blanklarının alınması üçün onlayn müraciət xidmətini istifadəyə verib
NövbətiAttraksionların texniki təhlükəsizlik tələbləri ilə bağlı nəzarət-yoxlama tədbirləri keçirilib