BDU-nun Hüquq fakültəsinə yeni dekan seçilib

Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsində dekan vəzifəsinə seçkilər keçirilib.

“Report”un xəbərinə görə, Zaur Əliyev səs çoxluğu ilə fakültənin dekanı seçilib.

1980-ci il təvəllüdlü Z.Əliyev 2010-cu ildən BDU-da çalışır. O, həmçinin Prezident yanında Dövlət İdarəçilik Akademiyasında da pedaqoji fəaliyyətlə məşğul olur. Hüquq üzrə fəlsəfə doktorudur.

Fakültənin əvvəlki dekanı Əmir Əliyev idi.

ƏvvəlkiEnergetika Nazirliyi: “Azərbaycanın neft hasilatı üzrə kvotası artırılıb”
NövbətiGəncədə Əhməd Cavadın 130 illik yubileyi qeyd olunub