Britaniyada koronavirusa rekord yoluxma

Böyük Britaniyada gün ərzində aşkar edilən yeni növ koronavirus infeksiyasına yoluxma hallarının sayı 57,7 min nəfər təşkil edib ki, bu da pandemiyanın başlanğıcından bəri rekord göstəricidir.

“Report”un məlumatına görə, bunu hökumətin saytında yerləşdirilən məlumatlar göstərir.

Ardıcıl beş gündür ölkədə aşkarlanan yoluxmaların sayı 50 mindən çoxdur.

Son sutkada infeksiyasının yaratdığı xəstəlikdən ölənlərin sayı 445 nəfər olub.

ƏvvəlkiÖtən il 7 milyon nüsxədən çox dərslik və metodik vəsait çap edilib
NövbətiBitkoinin qiyməti 32 min dolları keçdi