Bitkoinin qiyməti 32 min dolları keçdi

Dünyanın ən populyar kriptovalyutası olan bitkoinin qiyməti 32 min dolları keçib.

Trend-in məlumatına görə, bitkoinin dəyəri saat 20:13-də 9,8 faiz bahalaşaraq 32 054 dollar təşkil edib.

Beləliklə, bitkoinin qiyməti 32 min dolları keçməklə bu gün artıq üçüncü dəfə tarixi rekordu yeniləyib.

ƏvvəlkiBritaniyada koronavirusa rekord yoluxma
Növbətiİtaliyanın Neapol Şəhər Şurası yekdilliklə Azərbaycana dəstək sənədi qəbul edib