Ötən il 7 milyon nüsxədən çox dərslik və metodik vəsait çap edilib

2020-2021-ci tədris ilindən bütün dövlət ümumi təhsil müəssisələrində yeni dərsliklər istifadəyə verilib.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, 2020-ci ildə ölkənin dövlət ümumi təhsil müəssisələrinin I-XI sinifləri üçün 339 adda 7 milyon 233 min 214 nüsxə dərslik və metodik vəsait çap edilib. Dərsliklər sırasında I sinif “Azərbaycan dili (tədris dili)”, I sinif “Riyaziyyat”, I sinif “Azərbaycan dili (dövlət dili)” fənni üzrə dərsliklər yer alır. Yeni dərsliklər sırasında “Macmillan” Nəşriyyatının “İngilis dili” fənni üzrə 1-ci siniflər üçün hazırladığı “Happy Campers” dərsliyi də var. Yeni dərsliklərin hazırlanmasında dünya ölkələrinin kurikulumları araşdırılıb, beynəlxalq qiymətləndirmə tədqiqatları öyrənilib.

ƏvvəlkiBayram günü polis əməkdaşına zor tətbiq edən şəxsə cinayət işi açıldı
NövbətiBritaniyada koronavirusa rekord yoluxma