“Brent” neftinin bir barrelinin qiyməti 50 dollara çatır

Dünya birjalarında neft qiymətləri kəskin bahalaşıb.

AZƏRTAC xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 1,02 dollar artaraq 49,73 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,83 dollar bahalaşaraq 46,47 dollar olub.