Azərbaycan iyun ayında OPEC+ sazişi üzrə öhdəliyini yerinə yetirib

Azərbaycan 2021-ci ilin iyun ayında OPEC+ sazişi üzrə öhdəliyini yerinə yetirib.

Trend bu barədə nazirliyə istinadən məlumat verir.

Qeyd olunur ki, Azərbaycanda iyunda gündəlik neft hasilatı (kondensatla birlikdə) 705,1 min barrel olub.

Bunun 610 min barrelini xam neft, 95,1 min barrelini isə kondensat təşkil edib.

Xatırladaq ki, OPEC+ ölkələri nazirlərinin müvafiq iclaslarında qəbul edilmiş razılaşmalar çərçivəsində ölkəmizdə orta günlük xam neft hasilatının cari ilin iyun ayında 610 min barrel, iyul ayında isə 620 min barrel səviyyəsində saxlanılması müəyyənləşmişdir.

ƏvvəlkiTürkmənistan Əfqanıstanla sərhədə ağır hərbi texnika göndərib
NövbətiHarri Kasparov üzərində daha bir qələbə qazanan Şəhriyar Məmmədyarov turnirdə 6-cı yeri tutub