İlham Əliyev və Mehriban Əliyeva şəhidlərimizin xatirəsini yad ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şəhidlər xiyabanında olub və şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad ediblər.

“Report”un xəbərinə görə, dövlət başçısı “Əbədi məşəl” abidəsinin önünə əklil, birinci xanım Mehriban Əliyeva gül dəstəsi qoyublar.

Azərbaycanın dövlət himni səsləndirilib.

Əvvəlki“Brent” neftinin bir barrelinin qiyməti 50 dollara çatır
NövbətiAzərbaycan xalqı Şəhidlər xiyabanını ziyarət edir