Braziliyanın Milli Muzeyi yanaraq külə dönüb

Rio-de-Janeyro şəhərində yerləşən Braziliya Milli Muzeyi yanaraq tamamilə məhv olub.

Muzeydə yanğın sentyabrın 2-də axşam saatlarında başlayıb. İnsident nəticəsində heç kim xəsarət almayıb. Yanğının səbəbləri hələlik dəqiq məlum olmasa da, ölkənin mədəniyyət naziri bunu uzun illər davam edən səhlənkarlığın nəticəsi kimi dəyərləndirib.

“İki yüz illik işlər, tədqiqatlar və biliklər itirildi”, – Braziliya Prezidenti Mişel Temer özünün “Twitter” səhifəsində belə yazıb.

Qeyd edək ki, 1818-ci ildə Portuqaliya kralı VI Juan tərəfindən əsası qoyulan Braziliya Milli Muzeyində 20 milyondan çox eksponat saxlanılırdı. Muzeyin ekspozisiyasına Şimali və Cənubi Amerikanın heyvan, mineral, daşlaşmış qalıqlar, mumiya və hindu əşyalarından ibarət ən iri kolleksiyalarından biri daxil idi.

ƏvvəlkiGələn il Beynəlxalq İnformatika Olimpiadası Azərbaycanda keçiriləcək
Növbəti“Reuters”in jurnalistləri həbs edildi