Böyük Dəbilqə: Azərbaycan cüdoçuları bir dəst medal qazanıb

Azərbaycanı Macarıstanın paytaxtı Budapeştdəki Böyük Dəbilqədə təmsil edən cüdoçu Səid Mollayi final görüşünə çıxıb.

“Report”un məlumatına görə, 31 yaşlı idmançı həlledici qarşılaşmada braziliyalı Gilyerme Şmidtlə üz-üzə gəlib. Qızıl xal bölümündə üçüncü dəfə xəbərdarlıq alan Mollayi qarşılaşmadan məğlub ayrılıb.

Beləliklə, Azərbaycan yığması günü 3 medalla başa vurub. Medallardan 1-i qızıl, 1-i gümüş, 1-i bürünc olub.

ƏvvəlkiAvropa Komissiyası TAP vasitəsilə idxal ounan qazın məbləğini açıqlayıb
NövbətiŞabranda su anbarından meyit tapılıb