Şabranda su anbarından meyit tapılıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Şabran rayonunda Taxtakörpü su anbarında naməlum kişi meyitinin aşkarlanması ilə bağlı müraciət daxil olub.

FHN-dən Trend-ə verilən məlumata görə, meyitin su anbarından çıxarılmasına kömək məqsədilə FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri həmin əraziyə cəlb olunub.

Görülən tədbirlər nəticəsində meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Meyitin 06.07.2022-ci il tarixdən axtarışda olan 2008-ci il təvəllüdlü Ağamirzəyev Amin Şahin oğluna aid olduğu təsdiqlənib.

ƏvvəlkiBöyük Dəbilqə: Azərbaycan cüdoçuları bir dəst medal qazanıb
NövbətiHeydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə şəhid ailələrinə bayram sovqatları çatdırılıb