“Böyük Aşırım” şadlıq sarayı aztəminatlı ailələrə sovqatlar paylayıb

Ölkədə koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar xüsusi karantin rejimi davam edir. Belə bir çətin və məsuliyyətli vaxtda Göygöl rayonunda yerləşən “Böyük Aşırım” şadlıq sarayı ölkədə həyata keçirilən “Biz birlikdə güclüyük!”, “Evdə qal”, “Sağlam qal” aksiyasına qoşulub.

Şadlıq sarayının əməkdaşları cəmiyyətin ən həssas təbəqəsi olan 100-dən artıq aztəminatlı ailəyə baş çəkib, gündəlik qida məhsullarından ibarət ərzaq sovqatlarını onlara çatdırıblar. Eyni zamanda ailələrlə profilaktik söhbətlər aparılıb, xüsusi karantin rejimi dövründə evdə qalmalarını tövsiyə ediblər.

Yardım alanlar karantin günlərində onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə və aksiya nümayəndələrinə minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, ölkə Prezidentinin “Biz birlikdə güclüyük” çağırışına qoşulan “Böyük Aşırım” şadlıq sarayı xüsusi karantin rejimində yardım aksiyalarını mütəmadi olaraq həyata keçirib.

ƏvvəlkiAzərbaycanın AŞPA-dakı nümayəndə heyətinin yeni tərkibi açıqlandı
NövbətiBakıda quldurluq edən şəxs saxlanıldı