Bakıda quldurluq edən şəxs saxlanıldı

Bakıda quldurluq hadisə baş verib.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat verib.

Belə ki, Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini F.Cəfərov aprelin 23-də rayon ərazisindəki parkların birində bir nəfərin onu bıçaqla hədələyib 53 manatını və mobil telefonunu aldığını bildirib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Qazax rayon sakini S.Vəlizadə müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.

Əvvəlki“Böyük Aşırım” şadlıq sarayı aztəminatlı ailələrə sovqatlar paylayıb
NövbətiÇindən Türkiyəyə gedən yük qatarı Bakı limanından keçib