BMT Rusiyanın taxıl sazişindən çıxması ilə bağlı Kremllə əlaqə saxlayır

Rusiyanın taxıl sazişində iştirakını dayandırmaq qərarı ilə bağlı BMT Kremllə əlaqə saxlayır.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik bildirib.

Onun sözlərinə görə, bütün tərəflərin mühüm humanitar təşəbbüs olan və bütün dünyada milyonlarla insanın ərzağa çıxışına müsbət təsir göstərən Qara dəniz taxıl təşəbbüsünü təhlükə altına sala biləcək istənilən hərəkətdən çəkinmələri vacibdir.

ƏvvəlkiBakı-Ələt yolunda baş verən qəzada xəsarət alanlardan 18 nəfər evə buraxılıb
NövbətiNaxçıvan Dövlət Universitetində İrəvan Müəllimlər Seminariyasının 140 illik yubileyi qeyd edilib