Bakı-Ələt yolunda baş verən qəzada xəsarət alanlardan 18 nəfər evə buraxılıb

Bakı-Ələt yolunda baş verən qəzada xəsarət alanlardan 18 nəfər ambulator müalicə üçün evə buraxılıb.

Hazırda TƏBİB-in tabeliyindəki tibb müəssisələrində xəsarət alan 5 nəfərin müalicəsi davam edir.

TƏBİB-dən AZƏRTAC-a bildirilib ki, xəsarət alanlardan 2-si (vəziyyətləri ağır stabil qiymətləndirilir) Kliniki Tibbi Mərkəzin Reanimasiya şöbəsində, 2-si (vəziyyətləri stabil qiymətləndirilir) Respublika Klinik Xəstəxanasının Təcili tibbi yardım şöbəsində, 1-i (vəziyyəti orta ağır qiymətləndirilir) isə Sabunçu Tibb Mərkəzinin Travmatologiya şöbəsində həkim nəzarəti altındadır.

Xatırladaq ki, hadisə nəticəsində Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkim briqadaları tərəfindən 23 nəfər TƏBİB-in tabeliyindəki müəssisələrə yerləşdirilmişdi.

ƏvvəlkiBakıda Türkiyənin milli bayramı münasibətilə tədbir təşkil olunub
NövbətiBMT Rusiyanın taxıl sazişindən çıxması ilə bağlı Kremllə əlaqə saxlayır