Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Qurban bayramı münasibətilə paylaşım edib.

AZƏRTAC paylaşımı təqdim edir: “Bütün Azərbaycan xalqını və dünya müsəlmanlarını müqəddəs Qurban bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Hamıya möhkəm cansağlığı, xoş duyğular və uzun ömür arzulayıram! Qoy hər kəsin həyatında nurlu, xoşbəxt günlərin sayı çox olsun! Allah bu mübarək bayram günlərində kəsilən bütün qurbanları qəbul etsin!”.

ƏvvəlkiEstoniyanın baş naziri istefa verir
NövbətiPrezident İlham Əliyev Qurban bayramı ilə bağlı paylaşım edib