Estoniyanın baş naziri istefa verir

Estoniyanın baş naziri Kaya Kallas istefa verir.

Trend xəbər verir ki, bu barədə baş nazirə istinadən “Delfi” portalı məlumat yayıb.

“Bu [istefa] təklifini mən özüm vermişəm, çünki yeni nazirləri təyin etsəm, böyük səs-küy və narazılıq olardı. Əhəmiyyətli olan odur ki, hazırkı vəziyyətdə bizim çoxluq təşkil edən hökumətimiz fəaliyyət göstərir və mənim üçün vacibdir ki, eston dilində təhsil ilə bağlı islahatlar aparılsın və insanlara böhranın öhdəsindən gəlməyə kömək etmək üçün lazımi addımlar atılsın”, – deyə baş nazir bildirib.

 

ƏvvəlkiDYP 4 günlük tətillə əlaqədar hərəkət iştirakçılarına müraciət edib
NövbətiBirinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib