Beynəlxalq Şahmat Federasiyasının prezidenti azərbaycanlı dünya çempionlarını təbrik edib

İtaliyada 20 yaşadək şahmatçılar arasında dünya çempionatının bağlanış mərasimi keçirilib. Mötəbər yarışın qalibi olan Azərbaycan şahmatçıları Gövhər Beydullayeva və Abdulla Qədimbəyliyə qızıl medal və kubok təqdim olunub.

AZƏRTAC Azərbaycan Şahmat Federasiyasına istinadla xəbər verir ki, dünya çempionlarının şərəfinə Azərbaycan Dövlət Himni səsləndirilib.

Bağlanış mərasimindən sonra Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Arkadi Dvorkoviç azərbaycanlı dünya çempionlarını tarixi qələbə münasibəti ilə təbrik edib, onlara növbəti yarışlarda uğurlar arzulayıb.

ƏvvəlkiŞəhid jurnalistlərin xatirəsinə keçirilən turnirdə bütün yarımfinalçılar bəlli olub
NövbətiSi Cinpin 3-cü dəfə Çin Kommunist Partiyasının baş katibi seçilib