Beynəlxalq Qran-Pri turnirində uğurla çıxış edən bədii gimnastlarımız Vətənə qayıdıblar

Fransanın Tiye şəhərində keçirilən 34-cü beynəlxalq Qran-Pri turnirində uğurla çıxış edən bədii gimnastika üzrə Azərbaycan millisinin üzvləri aprelin 10-da Vətənə qayıdıblar.

AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda idmançıların təntənəli qarşılanma mərasimi olub. Azərbaycan Gimnastika Federasiyasının nümayəndələri, azarkeşlər, qaliblərin doğmaları və yaxınları onları gül-çiçək dəstələri ilə qarşılayıblar.

Qeyd edək ki, Zöhrə Ağamirova fərdi proqramda 1 qızıl, 3 gümüş medal qazanıb. Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan və Darya Sorokinadan ibarət qrup hərəkətləri komandamız isə 3 lent və 2 topla gümüş, 5 halqa ilə hərəkətlərin icrasında bürünc mükafata yiyələnib.

ƏvvəlkiPakistanda partlayışlar: 4 nəfər ölüb, 20 nəfər yaralanıb
NövbətiErmənistanla münasibətlərin normallaşdırılması Azərbaycanla məsləhətləşmələr edərək həyata keçirilir