Ermənistanla münasibətlərin normallaşdırılması Azərbaycanla məsləhətləşmələr edərək həyata keçirilir

Türkiyə Azərbaycan və Ermənistan arasında davamlı sülh sazişinin imzalanması üçün bütün lazımi dəstəyi göstərir.

Trend-in məlumatına görə, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşmasına toxunan nazir qeyd edib ki, Ermənistanla münasibətlərin normallaşmasının hər bir mərhələsi Azərbaycanla məsləhətləşmələrdən sonra həyata keçirilir.

ƏvvəlkiBeynəlxalq Qran-Pri turnirində uğurla çıxış edən bədii gimnastlarımız Vətənə qayıdıblar
NövbətiGömrük Akademiyasının əməkdaşları Belçikada beynəlxalq təlim həftəsində iştirak ediblər