Beyləqanda qaçırılan 14 yaşlı məktəbli qız tapılıb

Beyləqan rayonu Qaralılar kəndindən qaçırılan 14 yaşlı məktəbli qız tapılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, rayon polis şöbəsi əməkdaşlarının həyata keçirdiyi müvafiq tədbirlərlə şərti adı A.A olan qızın qaçırıldığı istiqamət müəyyən olunaraq avtomobil saxlanılıb.

Faktla bağlı rayon polis şöbəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

ƏvvəlkiBaş Prokurorluq: Ağdamda daha bir nəfərin minaya düşməsi müəyyən edilib
NövbətiOmbudsman ATƏT DTİHB-nin qərəzli yanaşmasına etiraz bəyanatı yayıb