Berlində etiraz aksiyalarında ən azı 365 nəfər saxlanılıb

Almaniya prezidentinin iqamətgahı qarşısında etiraz aksiyası keçirilir.

Bu barədə “Report” RİA “Novosti”yə istinadən xəbər verir.

Qeyd olunub ki, Berlindəki etiraz aksiyaları zamanı ən azı 365 nəfər polis tərəfindən saxlanılıb. Aksiyalar koronavirus infeksiyası ilə bağlı tətbiq edilən məhdudiyyətlərə qarşıdır.

Berlin polisi nümayişçiləri dağıtmaq üçün gözyaşardıcı qaz və təzyiqli sudan istifadə edib. Toqquşmalar zamanı 10 polis əməkdaşı yaralanıb.

ƏvvəlkiAzərbaycan ilə Gürcüstan arasında diplomatik münasibətlərin qurulmasından 28 il ötür
NövbətiAzərbaycanda xüsusi karantin rejiminin müddəti dekabrın 28-dək uzadılıb