Baydenin evində yeni məxfi sənədlər tapılıb

ABŞ Prezidenti Cozef Baydenin Delaver ştatının Uilminqton şəhərindəki şəxsi evində yeni məxfi sənədlər tapılıb.

Trend-in məlumatına görə, bu barədə dövlət başçısının hüquq məsələləri üzrə xüsusi müşaviri Riçard Sauber bildirib.

“Məxfi məlumatlara çıxışım olduğu üçün Prezidentin şəxsi vəkilinin aşkar etdiyi sənədlərin Ədliyyə Departamentinə təqdim edilməsində kömək etmək üçün Vilminqtona getdim. Əlavə edilmiş materiallar arasında “məxfi” işarəsi olan daha beş səhifə tapıldı”, – deyə xüsusi müşavir qeyd edib.

ƏvvəlkiRusiya Ukraynada irimiqyaslı raket hücumu həyata keçirib, ölən və yaralananlar var
NövbətiLondon Tehrandakı səfirini geri çağırıb