Batut gimastikası üzrə 6-cı Bakı birinciliyinin yarışlarına start verilib

Noyabrın 6-da Bakı Olimpiya İdman Kompleksində Azərbaycan Gimnastika Federasiyasının yenidən qurulmasının 20 illiyinə həsr olunmuş batut gimnastikası üzrə 6-cı Bakı birinciliyinin açılış mərasimi keçirilib.

Trend bazar günü xəbər verir ki, əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib.

Sonra batut gimastikası üzrə VI Bakı birinciliyinin yarışlarına start verilib. Yarışlarda “Ocaq Sport” klubunu və Bakı Gimnastika Məktəbini təmsil edən 55 oğlan və 46 qız iştirak edir.

Gimnastlar balacalar (2015-ci il), uşaqlar (2012-2014-cü illər), yeniyetmələr (2010-2011-ci illər), gənclər (2006-2009-cu illər) yaş kateqoriyasında çıxış edirlər.

 

ƏvvəlkiSabah yağış yağacaq, bəzi yerlərdə intensiv olacaq
NövbətiAzərbaycan komandası Bakıda keçirilən “Böyük dəbilqə” turnirinin qalibi olub