Azərbaycan komandası Bakıda keçirilən “Böyük dəbilqə” turnirinin qalibi olub

Cüdo üzrə Azərbaycan komandası “Böyük dəbilqə” turnirində böyük uğurla çıxış edərək ümumi hesabda qalib adını qazanıb.

AZƏRTAC xəbər verir ki, Bakıda keçirilən yarışda 4 qızıl, 2 bürünc medal qazanan cüdo yığmamız bu nəticə ilə ən yaxın izləyicilərini xeyli üstələyərək birinci yeri tutub.

Hərəyə 1 qızıl, 2 gümüş, 1 bürünc medal qazanan Niderland və Serbiya komandaları ikinci və üçüncü pillələrdə qərarlaşıblar.

Komandamızın aktivinə qızıl medalları Balabəy Ağayev (60 kq), Hidayət Heydərov (73 kq), Səid Mollayi (81 kq) və Zelim Kotsoyev (100 kq) yazdırıblar.

Kəramət Hüseynov (60 kq) və Orxan Səfərov (66 kq) isə bürünc medala sahib olublar.

ƏvvəlkiBatut gimastikası üzrə 6-cı Bakı birinciliyinin yarışlarına start verilib
NövbətiAAF yolsuzluq avtomobillərinin yürüşünü təşkil edib