Batumidə yaşayış binasının çökməsi nəticəsində ölənlərin sayı 9 nəfərə çatıb

Batumidə yaşayış binasının dağıntıları arasından daha bir nəfərin cəsədi tapılıb.

AZƏRTAC xəbər verir ki, bununla da hadisə nəticəsində ölənlərin sayı 9 nəfərə çatıb. Onların üçü uşaqdır. Dağıntılar altından sağ çıxarılan bir nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelauri jurnalistlərə açıqlamasında axtarış-xilasetmə tədbirlərinin davam etdiyini bildirib. Nazir deyib ki, binanın digər hissələrinin də çökmək təhlükəsi var. Hazırda mütəxəssislər vəziyyəti öyrənirlər.

ƏvvəlkiPrezident İlham Əliyev Xocavənd rayonunun Hadrut qəsəbəsinə və Tuğ kəndinə səfər edib
NövbətiDiplomatlar və əcnəbi jurnalistlər Şuşada tarixi-dini abidələri ziyarət ediblər