“Baktelecom”un rəhbəri dəyişib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Bakı Telefon Rabitəsi” MMC-nin (“Baktelecom”) baş direktoru Rövşən Əliyev vəzifəsindən azad edilib.

Bununla bağlı nazir Rəşad Nəbiyev müvafiq əmr imzalayıb.

Nazirin digər əmrinə əsasən, sözügedən vəzifənin icrası baş direktorun müavini Nail Mərdanova həvalə olunub.

“Baktelecom”dan xəbəri “Report”a təsdiq ediblər.

ƏvvəlkiAzərbaycan 2 ayda neft ixracından 2 milyard dollar gəlir əldə edib
Növbətiİlham Əliyev və Mehriban Əliyeva Şuşa şəhərində olublar