Bakıdan göndərilən ərzaq yükü 4 gündür Ağdam-Xankəndi yolunda gözləyir

Avqustun 29-da Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) tərəfindən Qarabağda yaşayan erməniəsilli sakinlər üçün göndərilən və içərisində 4 ton un olan iki yük maşını artıq dörd gündür Rusiya sülhməramlılarının Ağdam-Xankəndi yolundakı postunda gözləyir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşları, könüllülər ötən gün ərazidə qurulan çadırlarda gecələyiblər.

Qeyd edək ki, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin nümayəndələri gətirdikləri yükün keyfiyyət sertifikatını Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarına təqdim ediblər. Hazırda yükün erməniəsilli şəxslərə çatdırılması üçün danışıqlar davam etdirilir.

ƏvvəlkiRamzan Kadırov ABŞ-dan anasına qarşı tətbiq olunan sanksiyaların ləğvini tələb edib
NövbətiQazaxıstan Prezidenti: Orta Dəhliz ilə daşımaların həcmi beş dəfə arta bilər