Ramzan Kadırov ABŞ-dan anasına qarşı tətbiq olunan sanksiyaların ləğvini tələb edib

Rusiya Federasiyasının Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov ABŞ-dan anası Aymani Kadırova qarşı tətbiq edilən sanksiyaların ləğvini istəyib.

“Report” xəbər verir ki, o, bununla bağlı müraciətini telegram kanalında yayıb.

R.Kadırov bildirib ki, ABŞ və Qərbin məntiqsiz sanksiya qərarlarına təəccüblənməyi artıq dayandırıb. O xatırladıb ki, anası yalnız dünyanın bildiyi xeyriyyəçilik fəaliyyəti ilə məşğuldur.

“Anama qarşı sanksiyaları aradan qaldırmasanız, Uca Allaha and içirəm ki, bu məsələni elə-belə qoymayacağam. Həyat yoldaşıma, uşaqlarıma sanksiya tətbiq edəndə susdum. Amma indi sizə deyirəm, əgər anama qarşı sanksiyaları ləğv etməsəniz, sizi əmin edirəm ki, bu, sizə baha başa gələcək”, – Çeçenistan rəhbəri vurğulayıb.

Qeyd edək ki, ABŞ avqustun 24-də R.Kadırovun anasına qarşı sanksiyalar qoyub. Rusiya Prezidenti Vladimir Putin avqustun 2-də Aymani Kadırovanı “Şərəf” ordeni ilə təltif edib.

Əvvəlkiİyulda ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında şaftalı birinci olub
NövbətiBakıdan göndərilən ərzaq yükü 4 gündür Ağdam-Xankəndi yolunda gözləyir