Qazaxıstan Prezidenti: Orta Dəhliz ilə daşımaların həcmi beş dəfə arta bilər

Ortamüddətli perspektivdə Orta Dəhliz ilə daşımaların həcmi beş dəfə arta bilər.

AZƏRTAC “Akord”a istinadla xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkə parlamentinin növbəti sessiyasının açılışındakı çıxışında bildirib.

Dövlət başçısı vurğulayıb: “Transxəzər marşrutu bizim tranzit potensialının möhkəmlənməsində mühüm rol oynayacaq. Ortamüddətli perspektivdə Orta Dəhliz ilə daşımaların həcmi beş dəfə arta bilər. Bunun üçün tərəfdaş ölkələr – Çin, Azərbaycan, Gürcüstan və Türkiyə ilə səyləri birləşdirmək lazımdır”. Onun sözlərinə görə, qarşıda “Baxtı” keçidində yeni “quru limanının” tikilməsi, Aktauda konteyner qovşağının tikintisinin sürətləndirilməsi, Orta Dəhliz boyunca Qara dənizdə limanların gücünün artırılması vəzifələri durur. Artıq Çinin Sian və Gürcüstanın Poti limanlarında Qazaxıstanın terminallarının tikintisinə başlanılıb. “Bu, Çinin “Bir kəmər, bir yol” meqalayihəsinin bizim milli təşəbbüslərimiz ilə birləşməsinin real örnəkləridir”, -deyə Prezident qeyd edib.

Qazaxıstanın dövlət başçısı, həmçinin dəniz infrastrukturunun inkişafı üzrə Kurık limanına xüsusi rol ayrılacaq və Aktau kimi tam logistika klasterinə çevriləcək hərtərəfli planın zəruri olduğunu bildirib.

Orta Dəhliz (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) Asiya və Avropanı birləşdirən, regionunu bir neçə ölkəsinin ərazisindən keçən nəqliyyat və ticarət marşrutudur. Çindən başlayan bu marşrut Mərkəzi Asiya ölkələri – Qazaxıstan, Özbəkistan və Türkmənistanın ərazilərindən keçir, sonra Xəzər dənizi ilə Azərbaycana, oradan isə Gürcüstana, Türkiyəyə uzanır və Avropaya çatır.

ƏvvəlkiBakıdan göndərilən ərzaq yükü 4 gündür Ağdam-Xankəndi yolunda gözləyir
NövbətiGürcüstan Prezidentinin impiçmenti üçün imzatoplama kampaniyasına başlanılıb