Bakıda gənc qızlar Güney Azərbaycandakı etirazçılara dəstək fləşmobu keçirib

Azərbaycanda gənc qızlar İrandakı etirazçılara dəstək olaraq fləşmob keçirib.

“Report”un məlumatına görə, daha öncə güney azərbaycanlı qızların təşəbbüskarı olduğu fləşmobda estafet quzeyli gənc qadınlara ötürülüb.

Aksiya birinci növbədə Güney Azərbaycanda öz hüquqları uğrunda mübarizə aparan gənclərə, xüsusilə rejim polisi tərəfindən öldürülmüş Hədis Nəcəfi, Əsra Pənahi, Aylar Həqqi və başqa şəhid olmuş soydaşlarımıza həsr edilib.

Aksiya özündə arxasını kameraya tutaraq saçını bağlayan qızı ehtiva edir. Bu fləşmob, həmçinin videoda səsləndirilən etnomusiqiçi Ariya Türkanburlunun bəstəkarı olduğu “Qadın marşı” Güney Azərbaycandakı hərəkatın simvollarından birinə çevrilib.