Türkiyədə futbol matçı stadionda baş verən iğtişaşlar səbəbindən dayandırılıb

“Göztepe” və “Altay” komandaları arasında keçirilən oyun yarımçıq dayandırılıb.

Trend xəbər verir ki, qarşılaşmada meydana girən azarkeş “Altay”ın qapıçısı Ozan Evrim Özençi əlindəki çubuqla vurub.

29 yaşlı qolkiper xəstəxanaya aparılıb.

Bundan əlavə, qonaq komandanın fanatlarının istifadə etdiyi pirotexniki vasitələrdən sonra bir neçə nəfər ciddi xəsarət alıb.

ƏvvəlkiAğ Ev Rusiyanın Ukraynada hərbi yoxlamaların intensivləşdirilməsinə reaksiyasından ehtiyat edir
NövbətiBakıda gənc qızlar Güney Azərbaycandakı etirazçılara dəstək fləşmobu keçirib