Gürcüstan xüsusi təyinatlıları etirazçıları dağıtmaq üçün su şırnaqlarından istifadə edib

Gürcüstan xüsusi təyinatlıları parlamentin qapısı qarşısında etirazçıları dağıtmaq üçün su şırnaqlarından istifadə edib.

“Report” xəbər verir ki, bu barədə Gürcüstanın yerli telekanalları məlumat yayıb.

Etirazçılar metal hasarları yarmağa çalışaraq qanunverici orqanın binasının darvazalarına yaxınlaşıb. Təhlükəsizlik qüvvələri parlamentin həyətindən su şırnaqları ilə onları qovmağa çalışıb.

ƏvvəlkiBritaniya Norveçin şimalında komandolar üçün hərbi baza yaradıb
Növbəti“Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumu işə başlayıb