Şahdağ Milli Parkının yanğına məruz qalmış ərazisi bərpa olunur

Yanğına məruz qalmış ərazilərin bərpası məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən növbəti meşəbərpa tədbiri Şahdağ Milli Parkının Qəbələ bölməsinin Bum meşəbəyliyinin ərazisində keçirilib.

Şahdağ Milli Parkının direktor əvəzi Nizaməddin Tağıyev AZƏRTAC-a bildirib ki, yay aylarında yanğına məruz qalmış sözügedən ərazi artıq əkinə hazır vəziyyətə gətirilib və Şahdağ Milli Parkının əməkdaşlarının iştirakı ilə ərazidə yerli şəraitə uyğun 1000-dən çox göyrüş, ağcaqayın ağacı əkilib, toxum səpilib.

Keçirilən meşəbərpa tədbirləri zamanı Regional Meşə Təsərrüfatı mərkəzlərinin tinglik sahələrində yetişdirilmiş ağac tinglərindən və milli parkdakı ağaclardan toplanmış toxumlardan istifadə olunub.

ƏvvəlkiBakıda gənc qızlar Güney Azərbaycandakı etirazçılara dəstək fləşmobu keçirib
NövbətiBu il Azərbaycanda narkotikə görə 9564 cinayət faktı aşkarlanıb