Bakıda binada baş verən partlayışın təhqiqatı aparılır

Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 1200 m² olan ikimərtəbəli binada (ofis və s. təyinatlı) yanğınla nəticələnən partlayış baş verib.

FHN-dən Trend-ə bildirilib ki, yanğın nəticəsində binanın fasad üzlüyü (alkopan və penoplast) 30 m² sahədə yanıb. Partlayış dalğasının təsirindən binanın konstruksiyaları dağılıb, yaxınlıqda dayanan minik avtomobillərinə ziyan dəyib.

Yanğın bölmələri hadisə yerinə çatanadək iki nəfər yanıq xəsarətləri ilə xəstəxanaya aparılıb.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Binanın qalan hissəsi yanğından mühafizə olunub.

İlkin ehtimala görə, partlayış məişət qazının sızması nəticəsində baş verib. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

ƏvvəlkiOrxan Səfərov Avropa çempionatında qızıl medal uğrunda mübarizə aparacaq
NövbətiAzərbaycan şərab istehsalçıları ixrac üçün yeni bazarlar tədqiq edir