Bakıda 240-a yaxın küçə və prospektdə dəyişiklik ediləcək

Bakı şəhəri üzrə ümumilikdə 236 küçə və prospektdə dəyişikliklər edilməsi ilə bağlı yeni layihələr təklif edilib.

Trend-in məlumatına görə, bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli deyib.

Onun sözlərinə görə, bu dəyişikliklər piyadaların təhlükəsizliyi üçün irəli sürülüb: “Bizim əsas strateji məqsədlərimiz alternativ vasitələr və piyadaların təhlükəsizliyini təmin etməkdir. Küçə və prospektlərdə piyada səkilərinin genişləndirilməsi prosesi davam etdirilir”.

ƏvvəlkiPrezident İlham Əliyev Qazaxıstan Prezidentinə telefonla zəng edib
NövbətiQəbələnin Nic qəsəbəsində 360 şagird yerlik yeni məktəb binası tikiləcək