Qəbələnin Nic qəsəbəsində 360 şagird yerlik yeni məktəb binası tikiləcək

Prezident İlham Əliyev mayın 17-də “Qəbələ rayonunun Nic qəsəbəsində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.

AZƏRTAC xəbər verir ki, Sərəncama əsasən, Qəbələ rayonunun Nic qəsəbəsində 4 nömrəli tam orta məktəb üçün 360 şagird yerlik yeni binanın tikintisi məqsədilə Prezidentin ehtiyat fondundan Təhsil Nazirliyinə ilkin olaraq 1,5 milyon manat ayrılıb.

ƏvvəlkiBakıda 240-a yaxın küçə və prospektdə dəyişiklik ediləcək
NövbətiBu gün Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günüdür