Baham adalarında gəmi qəzası nəticəsində azı 16 nəfər ölüb

Bahama Adaları Birliyinin sularında, Nyu Providens adası yaxınlığında miqrantları daşıyan gəmi çevrilib.

Bu barədə “Report” “Reuters” nəşrinə istinadən xəbər verir.

Qeyd olunub ki, gəmi Haitidən olan miqrantları ABŞ-a aparırmış. İlkin məlumata görə, gəminin çeviriliməsi nəticəsində azı 16 nəfər ölüb, 21 nəfər isə xilas edilib.

Sahil mühafizəsi gəmidə olanların axtarışını davam etdirir.

ƏvvəlkiVətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib
Növbətiİranda SEPAH-ın raket mühəndisi öldürülüb