İranda SEPAH-ın raket mühəndisi öldürülüb

İranın cənubunda İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) raket mühəndisi Səid Tamardar Mutlak öldürülüb.

“Report” xəbər verir ki, bu barədə “The Jerusalem Post” məlumat yayıb.

Nəşr qeyd edir ki, İran hakimiyyəti Mutlakın ölümünü açıqlamayıb, bu, yalnız dəfn mərasimi ilə bağlı məlumatdan sonra məlum olub.

Bununla belə, İran Xarici İşlər Nazirliyinin sözçüsü Naser Kənani deyib ki, “elmi şücaətimizin qəhrəmanlarının qorxaqcasına öldürülməsi pərdəarxası terrorçuların öz məqsədlərinə çatmasına kömək etməyib”.

ƏvvəlkiBaham adalarında gəmi qəzası nəticəsində azı 16 nəfər ölüb
NövbətiYaponiyada vulkan püskürüb, şəhər əhalisi təxliyə edilə bilər