Yaponiyada vulkan püskürüb, şəhər əhalisi təxliyə edilə bilər

Yaponiyada Kyuşu adasında Sakuracima vulkanı püskürüb.

Bu barədə “Report” “TASS”a istinadən xəbər verir.

Qeyd edilir ki, kül və tüstü 2,5 km hündürlüyə qalxır.

Meteoroloqlar, xüsusilə kraterdən 3 km radiusda yerləşən Kaqoşima şəhərinin Arimura və Furusato rayonlarının ərazisinə iri vulkanik süxurların düşmə riski barədə xəbərdarlıq ediblər.

Şəhər üçün təhlükə səviyyəsi evakuasiyanı nəzərdə tutan maksimum beşinci səviyyəyə qaldırılıb.

Vulkandan 3 km məsafədə yerləşən və 11 nəfər əhalisi kənddə hazırda qismən evakuasiya işləri aparılır.

Qeyd edək ki, Sakuracima Yaponiyanın ən aktiv vulkanlarından biridir və dağda müntəzəm püskürmələr baş verir.

Əvvəlkiİranda SEPAH-ın raket mühəndisi öldürülüb
NövbətiMaks Ferstappen “Formula-1” üzrə Fransa Qran Prisinin qalibi olub