“Azeri Light” neftinin qiyməti 70 dollara çatır

Azərbaycan neftinin qiyməti bahalaşır.

AZƏRTAC xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 1,32 dollar artaraq 69,42 dollar təşkil edib.

Qeyd edək ki, “Azeri Light” neftinin bir barelinin qiyməti keçən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

ƏvvəlkiRo-Pax tipli “Azərbaycan” gəmi-bərəsi ilk dəfə Türkmənbaşı limanına daxil olub
NövbətiŞuşada bayram namazı qılınıb