Azərbaycanın xarici dövlət borcu 212 milyon dollardan çox azalıb

2023-cü il dekabrın 31-nə xarici dövlət borcu 6480,7 milyon ABŞ dolları (11 milyard 017,2 milyon manat) ekvivalentində və ya Ümumi Daxili Məhsulun (ÜDM) 9,0 faizini təşkil edib.

Maliyyə Nazirliyindən AZƏRTAC-a bildirilib ki, ötən il yanvarın 1-nə olan göstəricisi ilə müqayisədə xarici dövlət borcunun məbləği mütləq ifadədə 212,5 milyon ABŞ dolları (361,2 milyon manat) və ya 3,2 faiz azalıb.

ƏvvəlkiPolis Akademiyasına sənəd qəbulu başladı
NövbətiFüzulidə SOCAR brendli yeni yanacaqdoldurma stansiyası istifadəyə verilib