“Azərsu” abonentlərinin sayını 5 % artırıb

Bu il iyulun 1-nə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə məxsus “Azərsu” ASC-nin 1 792 731 abonenti olub.

Bu barədə “Report”a qurumdan bildirilib.

Məlumata görə, bu, ötən il iyulun 1-i ilə müqayisədə 4,5 % çoxdur.

Abonentlərin 1 721 644-ü (96 %) əhali, 71 087-si (4 %) isə qeyri-əhali qrupu abunəçiləridir.

Abonent sayında artım yeni layihələrin icrası nəticəsində istehlakçıların mərkəzləşdirilmiş içməli və tullantı su şəbəkələrinə qoşulması, yeni tikilmiş fərdi yaşayış evləri sahiblərinin texniki şərt alaraq abonent kimi qeydiyyata düşməsi, Mənzil Tikinti Kooperativlərindən yeni qeydiyyata alınması, eləcə də içməli su və kanalizasiya xidmətlərindən qeyri-qanuni istifadə hallarının aşkarlanaraq qeydiyyata alınması hesabına baş verib.

Bu ayın əvvəlinə abonentlərin 89,1 %-i sayğacla təmin olunub. Hazırda əhali qrupu abonentləri üzrə sayğaclaşma səviyyəsi 88,7 %, qeyri əhali qrupu üzrə isə 95,6 % təşkil edir.

ƏvvəlkiDİN: Ölkə ərazisində qeydə alınan 121 cinayətin üstü açılıb
NövbətiAzərbaycanın diaspor təşkilatları Ermənistanın mina terroru ilə bağlı bəyanat yayıb