Bakı-Ələt yolunda magistral su kəmərində baş verən qəza aradan qaldırılıb

Bakı-Ələt yolunun Qaradağ rayonundan keçən hissəsində magistral su kəmərində baş verən qəza aradan qaldırılıb, abonentlərin su təchizatında heç bir problem yoxdur.

Bu barədə “Report”un sorğusuna cavab olaraq, “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib.

Xatırladaq ki, bu gün sözügedən ərazidən keçən magistral kəmərdə qəza baş verib. Belə ki, kəmərin bir hissəsində az miqdarda su təzyiqin gücündən havaya püskürüb.

ƏvvəlkiBaş nazirin müavini Əli Əhmədov Qırğızıstanın Nazirlər Kabinetinin sədri ilə görüşüb
NövbətiSiyasi partiyalar ianə barədə məlumatları 10 gündən gec olmayaraq MSK-ya təqdim edəcəklər