DİN: Ölkə ərazisində qeydə alınan 121 cinayətin üstü açılıb

İyulun 15-də və 16-da ölkə ərazisində qeydə alınan 116, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 49, o cümlədən borclu şəxs qismində axtarılan 42 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən üç yol-nəqliyyat hadisəsi baş verib, nəticədə iki nəfər ölüb.

Narkotiklərlə əlaqəli 47, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 13 fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 81 nəfər saxlanılıb.

ƏvvəlkiQız basketbolçularımız Avropa çempionatında mübarizəyə Andorra ilə oyunla başlayacaq
Növbəti“Azərsu” abonentlərinin sayını 5 % artırıb