“Azərpoçt”un baş direktorunun müavinlərinin sayı 4-ə çatdırılıb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Azərpoçt” MMC-nin baş direktoruna daha bir müavin təyin edilib.

“Report” xəbər verir ki, bu, İsi Yusif oğlu Mustafayevdir.

Bununla da, müavinlərin sayı 4-ə çatıb.

İ.Mustafayev bu təyinata qədər “Rabitəbank” ASC-də, ləğv prosesində olan “AGBank” ASC-də, Azərbaycan Mərkəzi Bankında çalışıb.

ƏvvəlkiBayram günlərində “ASAN xidmət” və “ASAN Kommunal” işləməyəcək
NövbətiAprel-may aylarında həftəsonu ictimai nəqliyyat işləməyəcək