Hacı Zeynalabdin Tağıyevin 200 illiyinə həsr olunan poçt markası dövriyyəyə buraxılıb

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərpoçt” MMC Hacı Zeynalabdin Tağıyevin 200 illiyinə həsr olunan poçt markası dövriyyəyə buraxılıb.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, buraxılış bir markadan ibarət blok şəklində hazırlanıb. Markanın üzərində Hacı Zeynalabdin Tağıyevin fotosu həkk olunub. Tərtibatında zənginlik, sağlamlıq, güvən, mərhəmət, hikmət və nəciblik elementləri olan rənglərdən istifadə edilib. Marka 4 000 tirajla çap olunub. Markanın dizayneri Aydın Əsgərovdur.
Bundan əlavə, “Birinci gün” zərfləri də hazırlanıb.
ƏvvəlkiRusiyada avtomobil minaya düşüb, xəsarət alanlar var
Növbəti“Azərbaycan Dəmir Yolları” Təlim İnkişaf Mərkəzi yaradacaq