Rusiyada avtomobil minaya düşüb, xəsarət alanlar var

Rusiyanın Belqorod vilayətinin Krasnoyarujsk rayonunda avtomobilin minaya düşməsi nəticəsində 3 nəfər yaralanıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə vilayətin qubernatoru Vyaçeslav Qladkov bildirib.

Onun sözlərinə görə, Vısoki kəndi ərazisində mülki şəxslərin olduğu avtomobil minaya düşüb, üç nəfər xəsarət alıb: “Onlardan birinin aşağı ətrafları qismən amputasiya edilib, ikincisi qapalı kəllə-beyin travması alıb”.

Bildirilib ki, xəsarət alan üçüncü şəxsə isə beyini silkələnməsi diaqnozu qoyulub.

Qeyd edək ki, bu vilayət Rusiyanın ilhaq etdiyi Ukraynanın Xarkov bölgəsi ilə sərhəddə yerləşir.

ƏvvəlkiDekabrın 15-də pensiyalar tam ödəniləcək
NövbətiHacı Zeynalabdin Tağıyevin 200 illiyinə həsr olunan poçt markası dövriyyəyə buraxılıb