“Azərpoçt” MMC tərəfindən yeni poçt markası dövriyyəyə buraxılıb

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərpoçt” MMC tərəfindən yeni poçt markası dövriyyəyə buraxılıb.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, marka Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) 100 illik yubileyinə həsr olunub. Buraxılış 2 markadan ibarət blok şəklində hazırlanıb. Poçt markası 3 min tirajla Belarus Respublikasının Bobruysk şəhərində çap edilib.

Markanın müəllifi rəssam Orxan Qarayevdir.

Poçt markası ilə yanaşı, 200 ədəd Birinci gün zərfi də hazırlanıb.

Xatırladaq ki, “Azərpoçt” MMC mütəmadi olaraq mühüm əhəmiyyət kəsb edən əlamətdar tarixlərlə bağlı poçt markaları dövriyyəyə buraxır.

ƏvvəlkiAvstriya koronavirusla bağlı məhdudiyyətləri sərtləşdirəcək
NövbətiHeydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Heydər Əliyev Mərkəzində braziliyalı rəssam Nina Pandolfonun sərgisində iştirak edib