Avstriya koronavirusla bağlı məhdudiyyətləri sərtləşdirəcək

Avstriya dekabrın 27-dən etibarən COVID ilə bağlı məhdudiyyətləri sərtləşdirəcək.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Avstriya Səhiyyə Nazirliyinin baş sanitar həkimi, Böhran Koordinasiya Mərkəzinin rəhbəri Katarina Reyx bildirib.

Onun sözlərinə görə, GECKO komissiyası tövsiyələr hazırlayıb.

“Biz iaşə obyektlərinin iş saatlarını azaldacağıq. Bağlanma saatı 22.00 olacaq”, – Reyx deyib.

Yeni il şənlikləri 25 nəfərdən çox olmayan qrupda qeyd edilməlidir, həmçinin tədbirdən bir gün əvvəl koronavirus testindən keçmək mütləqdir.

ƏvvəlkiSahibə Qafarova ilə İranın xarici işlər naziri arasında görüş olub
Növbəti“Azərpoçt” MMC tərəfindən yeni poçt markası dövriyyəyə buraxılıb